Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni cari ilin birinci yarısında da qətiyyətlə davam etdirir. DİN-dən SİA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Şahin Soltanovdan külli miqdarda narkotik vasitə -2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşiş götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinn müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, rayonun Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil Gülüşov, Şahin Gülüşov və şəxsiyyəti hələlik istintaqa məlum olmayan Məhərrəm adlı İran vətəndaşı ilə qabaqcadan cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitə -2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşişi saxlamaq məqsədi ilə tanışı Şahin Soltanova verib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rahil Gülüşov, Fikrət Mirələmov və Şahin Gülüşov yaxalanıb, hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Fikrət Mirələmovun evindən 1 kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş götürülüb.
Qeyd edək ki, bu transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB