Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə öz növbəsində bildirib ki, Azərbaycan tələbələri ölkənin təbliğində mühüm addımlar atmalıdır: "Bu günkü Azərbaycan regional liderə çevrilir. Ölkə gəncləri Azərbaycan reallıqlarını, xüsusən Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünyanın digər ölkələrində yaşayan tələbə yoldaşlarına çatdırmalıdırlar. Azərbaycan tələbələri informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə də ölkə reallıqlarının dünyaya çatdırılmasında səfir rolunu oynayırlar. Azərbaycanın hər bir gənci bilməlidir ki, o böyük, qüdrətli bir ölkənin vətəndaşıdır. Bizim məqsədimiz Azərbaycanın gənc nəslini təşəbbüskar, fəal və intellektual olmasına nail olmaqdır".
\"Əgər Ali baş komandan İlham Əliyevin əmri olarsa, Qarabağımızı azad etməyə hər an hazırıq\",- deyə Elnur Aslanov Azərbayacanın yaralı yeri olan Dağlıq Qarabağ məsələsinə də toxunub.
Qeyd edək ki, bundan sonra namizədliyini irəli sürən Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Qail Qasımov, Bakı Dövlət Universitetini TGT sədri Məmmədbağır Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin TGT sədri Nərgiz Hüseynova, Kooperasiya Universitetinin TGT sədri Şahsuvar Hacızadə və Azərbaycan Dillər Universitetinin TGT sədri, həmçinin ATGTİ-nin sabiq sədri Şahin İsmayılov öz platformalarına uyğun olaraq çıxış edib.
Daha sonra isə 79 universiteti təmsil edən 539 səsvermə hüququ olan nümayəndələr elektron şəkildə səs verib. Nəticədə, Qail Məmmədov 31, Məmmədbağır Məmmədov 40, Nərgiz Hüseynova 65 və Şahin İsmayılov isə 365 səs toplaya bilib. Beləliklə, Şahin İsmayılov 365 səslə yenidən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri seçilib.
Onu da əlavə edək ki, yenidən ATGTİ-nin sədri seçilən Şahin İsmayılov mətbuat üçün açıqlama verib. O, yenidən göstərilən etimada görə tələbələrə təşəkkür edib: \"Tələbə dostlarım sağol deyirəm, çünki iki illik fəaliyyətimizi qiymətləndirib ikinci müddət üçün sədr seçdilər. Komanda olmasaydı, mən tək özüm bu işləri görə bilməzdim, buna görə də komandaya dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da fəaliyyətimizi daha da genişləndirəcəyik. Tələbələrin problemlərindən tutmuş onların elmi potensialının artırılmasına qədər müxtəlif layihələr həyata keçirəcəyik. Bu gün burada ali təhsil müəssisələri ilə yanaşı orta ixtisas müəssisələri də bizə qoşuldu, bununla da sayımız 198 minə çatdı. Bütün Azərbaycan üzrə tələbə təşkilatlarının birləşməsi deməkdir. Biz çalışacayıq ki, öz fəaliyyətimizlə hər bir tələbənin yanında olaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB