Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunsa...

...Rusiya, Türkiyə və İran bura cəlb edilə bilər


ABŞ-nin dövlət katibi Hillari Klintonun iyulunun 3-6-da Cənubi Qafqaza səfəri regionun təhlükəsizliyi və siyasi baxımdan ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Məlumata görə, bu barədə Birləşmiş Ştatların Gürcüstandakı keçmiş səfiri Kennet Yaloviç "Democracy & Freedom Watch" saytında yazıb.


Diplomat bildirib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi bazalar saxlaması, Gürcüstandakı qarşıdakı parlament və prezident seçkiləri bu ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət katibinin səfəri zamanı da əsas müzakirə mövzusu Gürcüstanın gələcəkdə demokratiyası, NATO-ya üzvlüyü və islahatların aparılması məsələsəri olacaq.


Ermənistan və Azərbaycana gəldikdə isə, Yaloviçin sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunması təhlükəsi hələ də qalır: "Minsk Qrupunun işi dalana dirənib. Atəşkəsin pozulması halları baş verir. Hərbi əməliyyatlatın bərpa olunması Rusiya, Türkiyə və İranı da bura cəlb edə bilər ki, bu da növbəti beynəlxalq böhran yaradar. Bu məsələlər də, güman ki, xanım Klintonun səfəri zamanı müzakirə olunacaq", deyə diplomat bildirib./168.az/

Bütün xəbərlər Facebook səhifəmizdə