“Qızıl Kürə” Mükafatı ücün keçirilən sorğunun nəticələri acıqlandı - SİYAHI

“Qızıl Kürə” Mükafatı ücün keçirilən sorğunun nəticələri acıqlandı - SİYAHI

"Avrasiya" Araşdırma Rəy Mərkəzi Respublikada "Qızıl Kürə" Mükafatı uğrunda respondentlər arasında sorğular kecirib. Sorğuda iştirak edən respondentlərin 17 % iş adamı, 15% elm xadimləri, 17 % məmurlar, 19 % tələbələr, 3 % işsizlər, 29 % müxtəlif peşə sahibləridir.

Respondentlərin 52.7% kişilər, 47.3% qadınlar təşkil edib.


"Qızıl Kürə" Mükafatı uğrunda kecirilən sorğunun qalibləri aşağıdakılardır:


İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğu və iqtisadi inkişafına görə.

Əli Abbasov, rabitə və informasiya texnologiyaları naziri - Respublikada rabitə sisteminin modernləşdirilməsindəki xidmətlərinə görə.

Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri - Respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsində və ətraf-mühütün qorunmasında xidmətlərinə görə.

Qərib Məmmədov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Respublikada torpaq islahatların aparılmasında və torpaq ehtiyyatlarından səmərəli isfadəsində xidmətlərinə görə

Ramiz Zeynalov, Respublika Yol Polis İdarəsinin rəisi - "Təhlükəsiz yol" tədbirlərinin kecirilməsində xidmətlərinə görə.

Cavid Qurbanov, "Azəryolservis" ASC-nin sədri-Azərbaycanda yol infrastrukturunun müasirləşməsində xidmətlərinə görə.

Abel Məhərrəmov, millət vəkili, Azərbaycan elminin təbliği və inkşafında göstərdiyi xidmətlərinə görə

Novruz Aslanov, millət vəkili - Aztəminatlı seçicilərinin problemlərinin həllində göstərdiyi xidmətlərinə görə.

Süleyman Mikayılov, Qaradağ rayonunun icra hakimiyyətinin başçısı - Qaradağ rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə

Arzuman Muradlı, iqtisadçı alim - Ulu Öndərimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsindəki xidmətlərinə görə

Qalib Salahzadə, millət vəkili - Xeyriyyə tədbirlərinin keçirilməsində və uşaq evlərinin himayəsində xidmətlərinə görə

Bəhruz Quliyev, - Səs İnformasiya Agentliyinin (SİA) baş direktoru - Milli mətbuatımızın formalaşması və inkişafındakı xidmətlərinə görə

Tənzilə Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri – Türk Dünyasının birliyi və Azərbaycanın dünyada təbliğində göstərdiyi xidmətlərinə görə

Adil Əliyev, millət vəkili - Azərbaycanda uğurlu ictimai-siyasi fəaliyyətinə görə.

Müşviq Atakişiyev, "Təfəkkür" Universiteti - Təhsil sahəsində beynalxalq əlaqələrinin qurulmasında müstəsna xidmətlərinə görə.

Aslan Cəfərov, millət vəkili - Milli Məclisdə ugurlu fəaliyyətinə görə

Tofiq Zeynalov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı – Tovuz rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə

Nəsib Quliyev, ET Pediatriya İnstitutunun direktoru, t.e.d., professor-Körpələrin sağlamlığının təmin olunmasında və valideynlərin maarifləndirilməsində fəaliyyətinə görə

Əhəd Abıyev, Daşkəsən rayonu icra hakimiyyətinin başçısı – Daşkəsən rayonunun sosial-iqtisadi inkşafındakı xidmətlərinə görə.

Əli İsa Hacı oglu Ağaevli - Respublikanın ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə.

"Dar Əl Bir" Beynəlxalq Humanitar Təşkilatı – Şəffaf fəaliyyət sistemi və xeyriyyəçilik fəaliyyətinə görə

Siraqəddin Cabbarov, Saatlı rayon icra hakimiyyətinin başçısı – Saatlı rayonunu sosial-iqtisadi inkşafında xidmətlərinə görə.

Füzuli Musayev – Sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə.

Yaşar Məmmədov, Ucar rayonunun icra hakimiyyətinin başçısı – Ucar rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə

Fərid Şahbazlı - Azərbaycan gənclər arasında fəal və səmərəli fəaliyyətinə görə

Məlahət Qurbanova, "Məlahət" firmasının direktoru - Azərbancan ədəbiyyatının inkişafında xidmətlərinə görə

Seyid Tahir Qarabaği - Azərbaycanda milli mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasında və dini dözümlülüyün təbliğindəki fəaliyyətinə görə.

Baba Tagıyev - Dünya Azərbaycanlılarının həmrəyliyi istiqamətində məqsədyönlü xidmətlərinə görə.

Xoşqədəm Baxşəliyeva - Televiziya sahəsində uğurlu lahiyəsinə görə

Neftçilər Xəstəxanası - Tibb müəssisəsində yüksək tibbi xidmətin göstərilməsindəki xidmətlərinə görə.

Elmar Məmmədov, "Kapital bank"ın İdarə Heyətinin sədri - Azərbaycanda bank sisteminin inkşafında və təkmilləşdirilməsidə xidmətlərinə görə.

Şahin Mövsümov, "AS GROUP"un sədri - Tikinti sənayesində keyfiyyətli malların istehsalına görə.

Hüseyin Büyükfırat, "Büyükfırat" Restoranlar Şəbəkəsinin rəhbəri - Azərbaycanda dünya standartlarına uyğun restoran şəbəkəsinin qurulmasındakı xidmətlərinə görə.

Elçin Orucov - Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəsilin formalaşmasında göstərdiyi xidmətlərə görə.

İsmayıl Şabani, AvirTell MMC-nin prezidenti - Yüksək keyfiyyətli Dial up, ADSL İnternet Access və 088 Toll Free xidmətlərinə görə.

Nadir İsmayılov, "Zamin Bank" - Azərbaycanda bank sektorunun müasirləşməsində və təkmilləşdirilməsində fəaliyyətinə görə.

Elxan Bəşirov, "Mətanət-A" şirkəti - Müasir, dünya standartlarına və tələblərinə uyğun istehsal görə.

Vahab Mehdiyev, "Dəvəli" ASC - Milli memarlığın qorunmasında və inkşafındakı xidmətlərinə görə.

Anar Məmmədov, "NBC" Bank - Azərbaycanda yeni nəsil bank sisteminin tətbiqindəki xidmətlərinə görə.

" Relax" İstirahət və Turizm mərkəzi - Azərbaycanda turizm sektorunun inkişafında və yüksək xidmət göstərilməsində fəaliyyətinə görə.

"ANT" İnşaat – Dünya standartlarına uyğun müasir tipli yaşayiş obyektlərinin tikintisindəki xidmətlərinə görə

Publika.az İnformasiya Agentliyi - Operativ informasiyanın istehslalıda və yayımında xidmətlərinə görə

Zaur Əhməd, Müstəqil İnformasiya Agentliyinin direktoru - Dolğun informasiyanın operativ yayımında fəaliyyətinə görə

Nahid Canbaxışlı - Jurnalistika sahəsində ugurlu fəailiyyətinə görə

Bütün xəbərlər Facebook səhifəmizdə