\"Sahil bağı\"nda \"Uşaqların Beynəlxalq Müdafiəsi Günü\"nə həsr olunan tədbir keçirilib

Bu gün \"Sahil bağı\"nda \"Uşaqların Beynəlxalq Müdafiəsi Günü\"nə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Avropa İttifaqı tərəfindən müəyyənləşdirilən \"Uşaqların İştirakçılığı üzrə Regional Təşəbbüs Layihəsi\" çərçivəsində təşkil edilib.


Tədbirdə \"Save the children\" Beynəlxalq Təşkilatının Azərbaycan üzrə direktoru Lesli Vilson, Səbail rayon İcra Hakimiyyətinin I müavini Xalidə Bayramova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək tədbir haqqında öz fikirlərini bölüşüblər.


Tədbirin keçirilməsində məqsəd Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək və \"Uşaqların İştirakçılığı üzrə Regional Təşəbbüs Layihəsi\"nin yekunları haqqında cəmiyyəti məlumatlandırmaq olub. Tədbirdə həmçinin uşaq hüquqları haqqında məlumatlar verilib və bunun cəmiyyət üçün əhəmiyyətli bir mövzu olduğu vurğulanıb. Tədbirdə Bakı və Sumqayıtdan 100-ə yaxın uşaq iştirak edib.


Tədbirin davamında layihə çərçivəsində məqalə və rəsm müsabiqəsində iştirak edən uşaqların əl işləri sərgisi təşkil olunub və onlarla tanış olublar. Qaliblər diplomla təltif olunub və uşaq hüquqları üzrə müsajları əks etdirən səhnəciklər nümayiş olunub. Uşaqlar rəqs və musiqi qruplarının nömrələrinə tamaşa edib və tədbirin yekununda uşaq hüquqlarına dair müsajlar səsləndirilib.


Qeyd edək ki, tədbir \"Save the children\" (Uşaqların xilası) Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndiliyi, Səbail rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...