Batumidə yay universitetinə qəbul başladı

"Gənc qan donorları üçün yay universiteti, Batumi 2012" layihəsində iştirak üçün müraciət ərizələrinin qəbuluna başlandı. Birlikdən SİA-ya verilən məlumata görə, "İRƏLİ" İctimai Birliyi, "Qan Donorları Assosiasiyası" və "Marneuli Gənclər Mərkəzi" tərəfindən 07-11 iyul 2012-ci il tarixləri arasında Gürcüstanın Batumi şəhərində "Qan Donorları arasında şəbəkələşmə və sağlam həyat tərzi" mövzusunda "Gənc Qan Donorları üçün yay universiteti, Batumi 2012″ layihəsi keçiriləcək. Universitet Gürcüstan və azərbaycanlı gənclər üçün nəzərdə tutulub.

Təşkilatçılar arasında əldə olunan razılaşmaya əsasən universitetdə Azərbaycandan 30 nəfər gənc iştirak edəcək. Tədbirdə daimi qan donorları üçün iştirak haqqı 150 AZN, könüllü və passiv donorlar üçün isə 220 AZN-dir. Bu məbləğə yol xərci, yaşayış, ölkə daxili nəqliyyat xərcləri və qidalanma daxildir.

Qeyd edək ki, universitetdə işlək dil azərbaycan və rus dilidir.


Layihəyə qatılmaq istəyən şəxslərdən 20.06.2012 tarixinədək qeyd olunmuş linka daxil olaraq online ərizə formasını doldurmaları xahiş olunur.






Bütün xəbərlər Facebook səhifəmizdə

loading...