Azərbaycanda çimərlik mövsümü başlayır. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin rəisi Eldar Quliyevin milli.az-a verdiyi məlumata görə, bu gün saat 11:00-da rəhbərlik etdiyi xidmət mövsümün açılışını edir. Açılış mərasimi Zuğulba xilasetmə məntəqəsində keçiriləcək.
Xidmət rəisinin sözlərinə görə, açılış mərasimində yeni alınmış xilasetmə avadanlıqları və texnikanın nümayişi olacaq.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakının Sahil və Şıx çimərliklərindən istifadəyə qadağa qoyub. Aparılan yoxlamalar zamanı həmin çimərliklərdə bakterioloji çirklənmə aşkarlanıb.
Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB