İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb

İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb

İranın Azərbaycandakı səfirliyi Məhəmməd Hadi Fəridi Əsrin Azərbaycana buraxılmaması ilə bağlı bəyanat yayıb. Səfirliyin açıqlamasında qeyd olunub ki, Məhəmməd Hadi Fəridi Əsr xidməti pasportla Bakıdakı Beynəlxalq Hava Limanına daxil olduqdan sonra xidməti pasportu olanlar üçün vizanın ləğvinə dair İran və Azərbaycan arasında mövcud olan anlaşmanın müddəalarına zidd olaraq Bakı Hava Limanından qaytarılıb.


Açıqlamada bildirilir ki, Fəridi Əsr ali dini rəhbər nümayəndəsi deyil, özü ilə heç bir mesaj da gətirməyib. Sırf məzuniyyətinin başa çatması ilə əlaqədar xidmətini davam etdirmək məqsədilə Bakıya qayıdırmış.


İran səfirliyinin bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev münasibət bildirib. Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə