ATGTİ II seçki-hesabat qurultayını keçirəcək

39 ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirən və ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gülüstan Sarayında II seçki-hesabat qurultayını keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurultayda İttifaqa yeni üzvlərin, orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT-lərin) qəbulu, eyni zamanda təşkilatın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, ATGTİ-nin yeni sədrinin, əlaqələndirmə şurasının və idarə heyətinin seçilməsi nəzərdə tutulub.

Xatırladırıq ki, budəfəki II seçki-hesabat qurultayında ittifaqa daxil olan TGT-lərin sayının 80-ə çatacağı planlaşdırılır. ATGTİ-nin II seçki-hesabat qurultayında bir sıra dövlət rəsmilərinin də iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...