Sumqayıtda “Korrupsiya ilə mübarizə” mövzusu müzakirə ediləcək

İyunun 3-də IREX Sumqayıt İcma Məlumat mərkəzində "Korrupsiya ilə mübarizə" mövzusunda tədbir keçiriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirdə ekspert qismində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov çıxış edəcək. O, korrupsiya ilə mübarizə sahəsində həyata keçirdikləri layihələrdən bəhs edəcək.


Xatırladaq ki, Korrupsiyaya qarşı Mübarizə Fondunun "Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək" layihəsi çərçivəsində fondun Sumqayıt ofisində "Qaynar Xətt" yaradılıb. Məqsəd vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Korrupsiya şikayətləri ilə müraciət edən vətəndaşların ərizələri baxılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və aidiyyatı dövlət orqanlarına operativ şəkildə göndəriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə