İnsan Hüquqları İnsitutu Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçirib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnsitutu Azərbaycan Sosial Rifah Partiyası(ASRP) ilə birgə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dəymiş iqtisadi zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı" mövzusunda elmi-praktiki konfrans keçirib. SİA-nın məlumatına görə konfransı giriş nitqi ilə açan AMEA-nın İnsan Hüquqları İnsitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Ermənistanını beynəlxaq-hüquqi məsuliyyəti 2 növə ayırlır: Ermənistanın dünya dövlətləri qarşısındakı məsuliyyəti və Ermənistanın konkret iqtisadi zərər vurmasına görə Azərbaycan qarşısındakı məsuliyyəti: "Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlararının müdafiəsinin səmərəliyini artırmaq sahəsindəki milli fəaliyyət proqramının müəddaları bizdə belə bir inam yaradır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin ödənilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər, atılan addımlar müsbət nəticə verəcək, təcavüzkar cəzasını alacaq və haqq-ədalət öz yerini tutacaq".
Tədbirdə çıxış edən Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı isə bildirib ki, bu gün Azərbaycanın sürətlə inkişaf edərək dünyanın diqqətini özünə cəlb etməsi bəzi qüvvələri qıcıqlandıraraq onlarda qısqanclıq doğurur və Azərbaycana qarşı daxilən əsasız təzyiqlərin güclənməsinə şərait yaradır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan Respublikası özünün bütün problemlərini özü həll etmək iqtidarındadır.Yəni, ölkəmiz kənardan cəlb olunan heç bir maliyyə və digər maddi yardımlara möhtac deyildir. Hegemon dövlətlər bu kimi müstəqil tərəqqi edən dövlətlərə yaxşı baxmırlar, çünki onların məqsədi maliyyə yardımları, habelə təmənnalı dəstəklər vasitəsilə ətrafdakıları öz təsiri altına salmaqdan ibarətdir. Azərbaycan isə heç həyə boyun əymədən sürətlə irəliləməyə doğru istiqamət götürür".
Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvaviq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və alimlər çıxış edərək təkliflərini irəli sürüblər.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB