Azərbaycan Respublikası terrorizmdən ən çox əziyyət çəkən ölkələrdəndir. Xalqımız bəşər tarixində görülməmiş terorun qurbanı olub. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan Ermənistan Azərbaycan ərazisində saysız - hesabsız terror aktı həyata keçirib. Erməni faşistləri tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilib. Əfsuslar ki, bu kütləvi qırğına dünya birliyi hələ də biganədir, etinasız yanaşma sərgiləyir. Terrorçulugun beşiyi sayılan Ermənistanda bu gün də müxtəlif adlarda terror təşkilatları fəaliyyət göstərir. Ermənilərin yaratdığı \"Geqaron - ASALA\", \"Erməni azadlıq hərəkatı\", \"Erməni azadlıq cəbhəsi\", \"Orli qrupu\", \"Erməni soyqırım ədalət komandosları\", \"Erməni birliyi\", \"9 iyun qrupu\", \"Demokratik cəbhə\", \"İntiharçılar eskadronu\" və sarə terror təşkilatları bu gündə fəaliyyət göstərirlər və onlarım məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk dövlətlərinə və siyasi liderlərə, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilmək, vəhşi cinayətlər törətməkdir.
Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirilib. Bütün dünyanın gözü Azərbaycanda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində olduğu zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olub. Ölkəmizdə belə bir nüfuzlu beynəlxalq tədbirin yüksək əhval-ruhiyyədə keçirilməsi, ictimaiyyət, o cümlədən Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında narahatlıq və vahimə yaratmamaq idi. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirildi. Bu gün bir çox siyasətçilər artıq etiraf edirlər ki, beynəlxalq terrorçu qüvvələr tərəfindən təhlükənin artması müəyyən dərəcədə həm qərbin, həm də şərqin aparıcı ölkələrində ciddi narahatçılığa səbəb olur. Bəzi ölkələr heç biri dünyada baş verən dəyişikliyin dərinliyini dərk edə bilməyib və bunun da nəticəsidir ki, Ermənistan kimi beynəlxalq terror təşkilatları və terrorçuluğun artmasına səbəb olub. Terrorla mübarizə aparmaq isə təhlükəsizlik orqanlarının vəzifəsi sadə vətəndaşların isə vicdan məsələsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB