Azərbaycan prezidenti Culfada Uşaq Musiqi Məktəbinin açılışına qatılıb. Prezident Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə edib. SİA-nın məlumatına görə, dövlət başçısı Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə də tanış olub.
Bununla da, Azərbaycan prezidentinin Naxçıvan MR-ə səfəri başa çatıb. Dövlət başçısını Naxçıvan beynəlxalq hava limanından MR Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər yola salıblar.
Dövlət başçısı bu gün Bakıya qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB