Millət vəkilləri Avropa Parlamentinə etiraz sənədi qəbul edib

Millət vəkilləri Avropa Parlamentinə etiraz sənədi qəbul edib

Milli Məclis Avropa Parlamentinin mayın 24-də Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədini qəbul edib. SİA-nın xəbərinə görə, sənədi vitse-spiker Bahar Muradova, deputatlar Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli və Fərəc Quliyevin daxil olduğu komissiya hazırlayıb.

Sənədi Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub. Sənəddə qeyd olunub ki, qətnamə Azərbayca Parlamenti tərəfindən təəssüf və narahatlıqla qarşılanır: \"Qətnamənin təcili olaraq Avropa Parlamentinin 56 deputatının iştirakı ilə qəbul olunması konstruktiv əməkdaşlığımızın ruhuna zidd kimi qiymətləndirilir. Azərbaycanın demokratiyanın inkişafı məqsədilə məqsədyönlü iş apardığı qeyd olunan sənəddə bildirilir ki, ötən il Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Avronest Parlament Assambleyası yaradılıb. Lakin qəbul olunan qətnamə Azərbaycanın həmin qurumla əməkdaşlığını faydasız edir\".

Azərbaycan Milli Məclisinin etirazı qətnamənin qəbul olunmasında iştirak etməyən deputatlara ünvanlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə