Azərbaycan Avronest Parlament Assambleyasında təmsilçiliyə yenidən baxmalıdır. SİA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Avropa Parlamentinin qərarı qərəzlidir. Onun sözlərinə görə, Avropa Parlamentinin bir qrup deputatı korrupsiyaya uğrayıb: "Bizə Avronest Parlament Assambleyasında təmsil olunmaq tövsiyyə oludu. Bir neçə ay əvvəl Azərbaycanda bu qurumun sessiyası keçirildi, insan hüquqları ilə bağlı bir sənəd qəbul olundu. Heç o sənədə baxılmadan Avropa Parlamentində bu gün belə qərar qəbul olunub. Bütün bunları nəzərə alaraq Azərbaycan Avronest Parlament Assambleyasında təmsilçiliyə yenidən baxmalıdır\".
Millət vəkili Fuad Muradov isə məsələnin çox ciddi olduğunu və buna qarşı Azərbaycanın qəti mövqe bildirməli olduğunu deyib. Onun fikrincə, əgər Avropa Parlamenti xüsusi qərar qəbul edib bizimlə qərar dilində danışmaq istəyirsə, biz də ümumi bir qərar qəbul edərək onlara cavab verməliyik: "Azərbaycan çox müstəqil yol tutub. Bu yolda maneələr olmalıdır, uğurlar isə bir çox dövlətləri narahat edir. Bizimlə işləmək istəyən çoxlu qüvvələr var. Bu da Azərbaycana çox lazımdır. Bu istiqamətdə işimizi davam etdirərək etirazımızı bildirməliyik".
Millət vəkili Fəzail Ağamalı isə qeyd edib ki, bu fikirlər Avropa Şurasında Azərbaycan maraqlarına uyğun şəkildə önə çəkilməlidir. Onun fikrincə, Avroviziya yarışmasında Azərbaycan dünya miqyasında bir daha qüdrətini, gücünü ortaya qoydu, qədim mədəniyyətini, sərvətini göstərdi. Lakin bu gün Avropada erməni lobbisinin təsiri altında olan qüvvələr, ayrı-ayrı siyasi xadimlər var. Azərbaycan Avropa Parlamentində qəbul olunan qətnaməyə qarşı bəyanat qəbul edərək öz münasibətini ortaya qoymalıdır".
İclasın davamında Milli Məclis tərəfindən Avropa Parlamentinə etiraz sənədinin göndərilməsi qərara alınıb. Bunun üçün Milli Məclisdə Avropa Parlamentinə göndəriləcək etiraz sənədinin qərar layihəsini hazırlanmaq üçün komissiya yaradılıb. Milli Məclisin vitse-spikeri Bahar Muradovanın sədrlik etdiyi komissiya 6 nəfərdən ibarətdir. Bu komissiya parlamentin sədri Oqtay Əsədovun təklifi ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB