Ali Məhkəmənin hakimi Səadət Bektaşi vəzifəsindən azad edildi

Ali Məhkəmənin hakimi Səadət Bektaşi vəzifəsindən azad edilib. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar sessiyasında qərara alınıb. İclasda Səadət Bektaşinin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb. Nəticədə Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimi S. Bektaşi vəzifəsindən azad edilib və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə