Parlament rəhbərliyi BMT-nin forumunda iştirak edəcək

Parlament rəhbərliyi BMT-nin forumunda iştirak edəcək
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak etmək üçün mayın 30-da Türkiyənin İstanbul şəhərinə səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib ki, nümayəndə heyətinin tərkibinə parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Onun sözlərinə görə, forumun keçirilməsində məqsəd daha güclü ittifaq üçün yeni tərəfdaşlıq, qarşıdakı dövrdə prioritet vəzifələr və hədəflər barədə fikir mübadiləsi aparmaqdır. Tədbir çərçivəsində keçiriləcək sessiyalarda Mədəniyyətlər ittifaqı və qlobal siyasət, Münaqişələrin qarşısının alınması və vasitəçilik, Qlobal sülhə baxış mövzularında müzakirələr aparılacaq.


Forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Ban Ki Mun çıxış edəcəklər. Səfər mayın 31-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə