Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunacaq.
Bundan əlavə, iclasda "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında", "Azərbaycan Respublikasının ticarət gəmiçiliyi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında", "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklər olunacaq, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və digər qanun layihələrinə baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB