İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) "Materialların keyfiyyətini yaxşılaşdıran və onları mühafizə edən aşqar və reagentlər" mövzusunda respublika elmi konfransı keçiriləcək. İnstitutdan SİA-ya verilən xəbərə görə, elmi konfrans görkəmli alim, akademik Əli Quliyevin 100 illik yubileyinə həsr olunacaq.
Konfrans AMEA-nın Kimya Elmləri Bölməsi və AKİ-nin təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə yağlara, yanacaqlara və xüsusi mayelərə aşqarlar, kompozision materiallar, neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər, polimer materiallarına stabilizatorlar, aşqarların, reagentlərin və kompozision materialların sintezi və tətbiqinin ekoloji aspektləri bölmələri üzrə məruzələr dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB