"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" (MFP) ilə bağlı növbəti ictimai dinləmələr Cəlilabadda təşkil olunub. SİA-nın xəbərinə görə, ictimai dinləmədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, regiondakı ətraf şəhər və rayonlar – Biləsuvar, Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara, Salyan, Neftçala, Hacıqabul və Şirvan icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların, milli azlıqların nümayəndələri iştirak ediblər.
Ombudsman ölkənin bütün ərazisində 18 iyun -- Milli İnsan Hüquqları günü ilə əlaqədar İnsan hüquqları ayılığı çərçivəsində tədbirlərin keçirildiyini deyib və bu müzakirələrin vacibliyini vurğulayıb. O, Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu, həmçinin humanizm siyasəti davam etdirilərək qanunların və cəzaların liberallaşdırılmasını, 9 amnistiya aktının qəbul olunduğu və 51 əfv fərmanının imzalandığını diqqətə çatdırıb. Ombudsman ölkədə regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçirildiyini, Cəlilabad və təmsil olunmuş bütün rayonların sürətlə, geniş miqyasda inkişaf etdiyini, daha da müasirləşdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB