Belarus Azərbaycanlıları İcmaları Konqresi və Azərbaycan Respublikasının Belarus Respublikasında səfirliyinin birgə təşkilatçılığı ilə 28 may – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Belarus Respublikasında akkreditə olunan səfirliklərin təmsilçiləri, ictimaiyyət, KİV və diaspor nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının bu ölkədəki səfiri İ.Vahabzadə və Belarus Respublikası baş nazirinin birinci müavini Semaşko nitq söyləyiblər. Natiqlər öz çıxışlarında iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB