Bakıda 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi keçiriləcək
İyunun 5-dən 8-dək Bakıdakı "Bakı Sərgi" mərkəzində 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi ("Caspian Power 2012") keçiriləcək. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sərgidə Azərbaycan, Almaniya, Türkiyə, Ukrayna və Rusiyadan energetika sahəsində texnologiyalar üzrə aparıcı şirkətlər iştirak edəcəklər. Sərgidə energetika və elektrotexnika məhsulları, habelə alternativ enerji mənbələri, enerjiyə qənaət və onun səmərəsi, kabel-keçirici məhsullar və işıqlandırma cihazları bölmələri əsas yerləri tutacaq. Həmçinin burada yanacaq-energetika sahəsindəki yenilik və nailiyyətlər nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB