YAP Yevlax rayon təşkilatı Respublika Gününü özünəməxsus şəkildə qeyd edib
28 May - Respublika Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı və MİHİ-nin Yevlax rayon komitəsi, Mədəniyyət-Turizm şöbəsi "N" saylı hərbi hissənin şəxsi heyəti ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə 2 saylı Mədəniyyət evinin direktoru Zöhrə Adıgözəlova açıq elan edib. Natiq əsgərləri bayram münasibətilə təbrik edib və xidmətlərində uğurlar arzu edərək bildirib ki, Vətənin keşiyində durmaq hər kəsin borcudur.
Sonra çıxış üçün söz YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılova verilib. Natiq vurğulayıb ki, bu gün Azərbaycan gənci dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq dərk etməlidir ki, o Müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır. Vətənimizin işğal altında olan torpaqlarını azad etmək üçün dövlətimizin inkişafı naminə sağlam gəncliyə ehtiyacımız var. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu cür gənclərlə Azərbaycan Ordusu daim inkişaf edəcək, işğal altında olan torpaqları qısa vaxt ərzində azad edəcəkdir.
"N" saylı Hərbi hissənin zabiti Elbrus Əsədullayev çıxış edərək 28 may Respublika Günü münasibətilə şəxsi heyəti və qonaqları təbrik edib. Əsgərlərə göstərilən diqqət və qayğıya görə Hərbi hissə komandanlığı adından təşəkkürünü bildirib.
YAP Yevlax Rayon Təşkilatının və MİHİ-nin Yevlax rayon komitəsi təşkilatçılığı ilə hazırlanmış bayram sovqatı Hərbi hissənin şəxsi heyətinə paylandı və söz musiqiçilərə verilərək şən mahnı və musiqi sədaları altında davam etdirilib. Kiçik tamaşa və deyilən şerlər əsgərlərin ruhunu oxşayıb.
YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin fəal üzvləri, Yevlax şəhər Mədəniyyət və Turizm şöbəsinin işçiləri ilə əsgərlər birgə rəqs etdilər və xatirə olaraq foto şəkillər çəkdiriblər.
Sonda 1 saylı Mərkəzi Mədəniyyət evinin direktoru Eldəniz Mustafayev "Ata" adlı şeiri ilə tədbiri yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB