Hendrik Bolks: "Həmvətənlərimə Azərbaycana turist kimi gəlməyi mütləq tövsiyə edəcəyəm"

Hendrik Bolks: "Həmvətənlərimə Azərbaycana turist kimi gəlməyi mütləq tövsiyə edəcəyəm"

Həmvətənlərimə Azərbaycana turist kimi gəlməyi mütləq tövsiyə edəcəyəm. Təmiz küçə və meydanlar, gözəl memarlıq nümunələri, istirahət mərkəzləri, Dənizkənarı Milli Park adamda unudulmaz təəssürat oyadır.

SİA-nın məlumatına görə, bu sözləri AzərTAc-a müsahibəsində Niderland jurnalisti Hendrik Bolk deyib. O, Bakıda gördüklərindən heyranlıqla danışıb. Bildirib ki, insanların gülərüz siması, qonaqpərvərliyi, ümumiyyətlə, şəhər həyatında duyulan enerji adamı təkrarən bu yerlərlə bir daha gəlməyə həvəsləndirir.

"Eurovision-2012" mahnı müsabiqəsinin müvəffəqiyyətlə başa çatdığını vurğulayan niderlandlı jurnalist burada hər şeyin yüksək səviyyədə təşkil edildiyini, Bakı şousunun məftunedici və gözəl olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə