“Siz tək deyilsiniz!” layihəsi pansionatda - FOTO

“Siz tək deyilsiniz!” layihəsi pansionatda - FOTO

25 may 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu tərəfindən həyata keçirilən "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsi çərçivəsində Sabunçu rayonu, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıl insanlarla görüş keçirilib.


Qeyd edək ki, pansionatda yaşlı insanlar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar. 150 nəfərlik pansionatda hazırda 179 nəfər ahıl yaşayır.


"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti və layihənin rəhbəri Sərraf Oruc yığıncaqda çıxış edərək bildirib ki, uşaq evlərində, internatlarda yaşayan, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, qocalar evlərində məskunlaşmış ahıl insanların tibbi-sosial müdafiəsinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də mövcud problemlər hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Bu insanların özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını nəzarət altında saxlamaqla sosial təminatını günü-gündən yaxşılaşdırmağa çalışmalıyıq. Buna görə də "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçiririk. Məqsədimiz günümüzün ən aktual problemlərindən olan uşaq evlərində, internatlarda yaşayan valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin həmçinin, övladları və yaxın qohumları tərəfindən müəyyən səbəblərlə aldadılaraq əmlakları əlindən alınıb qocalar evlərinə və küçələrə atılmış insanların tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə köməklik göstərməkdən ibarətdir.


Sərraf Oruc qeyd edib ki, "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sahəsində görüləcək işlər, Azərbaycanın 2012-2015-ci ildə valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş yeniyetmə gənclər və ahıl tənha insanlar barəsində nəzərdə tutulmuş dövlət siyasətinin və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dəstək olacaqdır.


Yığıncaqda Pansionatda məskunlaşmış ahıl insanların tibbi-sosial problemləri və qayğıları ilə yaxından maraqlanlaraq onlara tibbi-sosial hüquqları haqqında marifləndirmək məqsədi ilə çap olunmuş "SİZ TƏK DEYİLSİNİZ!" kitabı və buklet paylanılıb, nəşirlər haqqında ətraflı məlumat verilib.


Tədbirdə pansionatın direktoru Bəhruz Əıməmmədov, ahıl sakinləri və qonaqlar çıxış edərək, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu tərəfindən həyara keçirilən "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sayəsində görülən xeyirxaq işləri və layihə çərçivəsində çap olunmuş "SİZ TƏK DEYİLSİNİZ !" maarifləndirmə kitabını tədqirəlayiq hesab edərək müsbət qiymətləndiriblər.


Tədbirin sonunda Xəzər Dəniz Gəmiçilik İdarəsinin " SAHİL" İnnustermintal ansambılın iştiraki ilə konsert proqramı təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə