Məktəblilərin qarşıdan gələn yay tətilini daha səmərəli keçirilməsi üçün "İRƏLİ" İctimai Birliyi "Junior Klub" layihəsinə start verir. İctimai Birlikdən SİA-ya verilən xəbərə görə, layihədə məktəblilər üçün müxtəlif sahələri əhatə edən interaktiv mühazirələr, təlimlər, diskussiyaların keçirilməsi nəzərdə tutulur. 1 ay müddətində davam edəcək layihənin məqsədi şagirdlərin formal təhsillə yanaşı qeyri-formal təhsildə bilik və bacarıqlarının artırılması, praktiki sahələrə yiyələnməsidir.
"Junior Klub" layihəsi çərçivəsində keçiriləcək fəaliyyətlər müxtəlif mövzuları əhatə edəcək. Bunlara informasiya texnologiyaları, uşaq hüquqları, müasir Azərbaycan tarixi, liderlik, komanda işi, ünsiyyət bacarığı, ixtisas seçimi və karyera, diplomatik protokol, ətraf mühit və təbiətin mühafizəsi və ilkin tibbi yardım daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB