Millət vəkili: \"“Eurovision”un Azərbaycanda keçirilməsinə bəzi böyük dövlətlər paxıllıq edir\" - MÖVQE

"Eurovision-2012" Azərbaycanın böyük təntənəsi, qələbəsi və uğurudur. SİA-nın xəbərinə görə, Milli Məsclisin Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov deyib ki, "Eurovision" mahnı müsabiqəsi dünyanı birləşdirən bir hadisə, böyük humanist aksiyadır. Onun sözlərinə görə, bu, sadəcə, mədəniyyət hadisəsi olsaydı, o zaman onun ətrafında bu qədər siyasi müzakirələr getməzdi.

"Azərbaycanın "Eurovision" yarışmasına ev sahibliyi etməsinin çox böyük əhəmiyyəti var. Düzdür, bəzən öz vətəndaşlarımızdan da kimlərsə başadüşməzlikdən və ya kifayət qədər ürək genişliyi ilə yanaşmadan bu hadisəyə yanlış qiymət verir. Bunun kimi təəssüf doğuran məqamlar da var. Ancaq onlar da nəhayət, fərqində olmalı və anlamalıdırlar ki, bu hadisə ölkəmiz, xalqımız üçün nə qədər böyük əhəmiyyətə malikdir. Bəzən deyirdilər ki, Azərbaycan hazırlıq işlərini çatdırmayacaq, Azərbaycan bu işləri görə bilməyəcək və sair. İndi özünüz də görürsünüz, Azərbaycan bunları bacardı, Azərbaycan hər işi bacarır. Çünki Azərbaycanda dövlət qeyrəti var, millət qeyrəti var və lazım olan anda dizini yerə qoyub istənilən işi görə bilir. Ona görə "Eurovision"un bugünkü təntənəsi Azərbaycanın böyük uğurudur", - deyə millət vəkili əlavə edib.

R.Hüseynov qeyd edib ki, hazırda ayrı-ayrı insanların bir-birinə paxılıq etməsi ilə yanaşı, dövlətlərin də bir-birinə paxıllıq etməsi var. Onun firkincə, "Eurovision"un Azərbaycanda keçirilməsinə dünyanın bir çox böyük dövlətləri də paxıllıq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...