ƏƏSMN-in aparat rəhbəri: “Problemlər indidən öz həllini tapmalıdır” - MÜNASİBƏT
"Hazırda Sabunçu rayon Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və sosial sığınacaq inşa olunur. Yeni mərkəzinin 2013-cü ildə istifadəyə veriləcək". SİA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparat rəhbəri Elnur Kələntərov məlumat verib.
O bildirib ki, nazirliyin nəzdində fəaliyyət göstərəcək həmin mərkəzin işində və fəaliyyətində bir sıra QHT-lərin təcrübəsindən istifadə olunacaq. Bunun bütün dünyada sınaqdan keçən bir təcrübə olduğunu deyən E.Kələntərov qeyd edib ki, nazirliklə QHT-lər arasındakı əməkdaşlığın artırılması ümumi işə dəstək olacaq.
"Gələcəkdə bu işlər respublikanın bütün şəhər və rayonlarında tətbiq ediləcək. Ümumiyyətlə, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası çox önəmlidir. Çünki onlar bizim gələcəyimizdir. Bu gün diqqətdən kənarda qalan problemli uşaqlar sabah kriminal aləmə düşə, qanun pozuntusunda adı hallanan gənclər ola bilər. Onların gələcəyini risk altına ata bilmərik. Bunun üçün də problemlər indidən öz həllini tapmalıdır", - deyə E.Kələntərov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB