İnsan hüquq və azadlıqları ilə bağlı zona müşavirəsi keçirilib

İnsan hüquq və azadlıqları ilə bağlı zona müşavirəsi keçirilib

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Bərdədə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində "Milli Fəaliyyət Proqramı"nın müzakirəsinə həsr olunmuş zona müşavirəsi 14 icra hakimiyyəti strukturları, bələdiyyələr, hüquq-mühafizə orqanları əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Elmira Süleymanova tədbirdə çıxış edərək son dövrdə ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən danışıb. Prezident İlham Əliyevin 2011-ci il, 27 dekabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində "Milli Fəaliyyət Proqramı"nın təsdiq edildiyini və bu sənədin 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətlər müəyyən etdiyini diqqətə çatdırıb. Ombudsman qeyd edib ki, bu proqramda Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilib, insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulduğu, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi kimi mühüm vəzifələr irəli sürülüb.

Elmira Süleymanova həmçinin bildirib ki, son günlər bölgələrdən ən çox şikayət mənzil, torpaq və özəl şirkətlərin işə götürülməsi ilə bağlı qanun pozuntularından gəlir: "Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün adiyyəti qurumlara müaviq tapşırıqlar veriləcək".


Qeyd edək ki, ictimai dinləmədə Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışıb, ölkə başçısının bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirib.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə