47 əcnəbi ölkə qanunvericiliyinin tələblərini pozdu

47 əcnəbi ölkə qanunvericiliyinin tələblərini pozdu

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir. DMX-dən SİA-yaverilən məluamta görə, xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir şəhərində, həmçinin Göyçay, İsmayıllı və Bərdə rayonlarında müvafiq yoxlamalar aparılıb. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 47 əcnəbi vətəndaş saxlanılıb və haqlarında Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə