Azərbaycanda 47 əcnəbi saxlanılıb

Azərbaycanda 47 əcnəbi saxlanılıb
Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

DMX-dən SİA-ya verilən məlumata görə, 22-23 may tarixlərdə Xidmət əməkdaşları tərəfindən Mingəçevir şəhərində, həmçinin Göyçay, İsmayıllı və Bərdə rayonlarında müvafiq yoxlamalar aparılıb. Nəticədə Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 47 əcnəbi vətəndaş saxlanılıb və barələrində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə