Ötən ilin sonunda Azərbaycanda qəbul olunan "İnsan hüquqlarının müdafiəsinə dair qanun"un qəbulu bir sıra irəliləyişlərə səbəb olub. SİA-nın xəbərinə görə, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, həmin sənədin analizi göstərir ki, uşaq hüquqları ilə bağlı yeni bir dövr başlayır. Onun sözlərinə görə, mövcud fəaliyyət planının bəzi bəndləri qəbul olunsa, BMT Uşaq Hüquqları Komitəsinin Azərbaycana verdiyi tövsiyələrin bir hissəsi yerinə yetiriləcək.
"BMT-nin Uşaq Hüquqları Komitəsinin təqdim etdiyi sənəddə uşaq hüquqlarının qorunması ilə bağlı bir sıra tövsiyələr var. Bunun üçün birgə çalışaraq sürüləcək mövcud qanunvericiliyi dəstəkləmək lazımdır. Bu istiqamətdə atılacaq addımlardan biri də Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanun qəbul olunmasıdır. Qanun layihəsinin tezliklə Milli Məclisə təqdim olunacaq", - deyə Ə.Hüseynli qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB