Rəbiyyət Aslanova: “Uşaq hüquqlarının müdafiəsinin arxa plana keçirilməsi qətiyyən yolverilməzdir”
20 illik müstəqillik tarixində Azərbaycan uşaq hüquqlarının müdafiəsi ilə bağlı 11 beynəlxalq konvensiyanı ratifikasiya edib, həmçinin 72 qanunda bu məsələ ilə bağlı məqamlar öz əksini tapıb. SİA-nın xəbərinə görə, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, ABŞ da daxil olmaqla dünyanın bir sıra aparıcı və nüfuzlu dövlətləri bu günə kimi BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmasa da Azərbaycan bu konvensiyaya 1992-ci ildə qoşulub.
Millət vəkili qeyd edib ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin hazırladığı hesabatda Azərbaycanın təkcə son 5 il ərzində bu istiqamətdə gördüyü işlər müsbət qiymətləndirilib: "Halbuki həmin hesabatda böyük və super dövlət olan qonşu Rusiya ilə, o cümlədən digər aparıcı dövlətlərlə bağlı kəskin və mənfi məqamlar öz əksini tapıb. Bunlar bir daha onu göstərir ki, uşaq hüquqlarının müdafiəsi bu yöndə qanunvericilik bazasının formalaşdırılması və onun vaxtında düzgün icra edilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bu gün dünyanın bir sıra aparıcı və nüfuzlu ölkələri nəinki BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabatlar təqdim edir, hətta sözügedən qurumun uşaq hüquqları ilə bağlı konvensiyasını ratifikasiya etməkdən belə yayınırlar. Ancaq bu komitə ABŞ başda olmaqla həmin dövlətlərdən tələb etmir ki, niyə uşaq hüquqları ilə bağlı məsələyə bu qədər səthi və qeyri-adekvat yanaşırlar. Dünyanın bir sıra ölkələrində uşaq hüquqlarının müdafiəsi, bu yöndə müvafiq qanunvericiliyin yaradılması sanki arxa plana keçirilməkdədir. Bunlar isə qətiyyən yolverilməzdir".
Ancaq R.Aslanova bəzən bəzi hallarda beynəlxalq standartlarla regional standartların üstə-üstə düşmədiyini deyib. O, bu məsələdə uşaqların övladlığa götürülməsini misal kimi çəkib: "Azərbaycandan da uşaqlar xaricdə yaşayan şəxslərə övladlığa verilir. Lakin övladlığa verilən uşaqların vəziyyəti yaxşı olmayanda onlar geri qaytarılmır. Amma bu halda uşaqlar geri qaytarılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB