Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsində yerləşən "İslam" mağazasında qanunsuz disklər aşkar edilib. Sumqayıt şəhər Polis İdarəsindən SİA-ya verilən məlumata görə, aparılmış axtarış əməliyyatı zamanı "Eurovision-2012" əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkarlanıb. Əməliyyat zamanı mağazanın sahibi Əli Əliyev və daha 10 nəfər tutulub . Məlumatda həmçinin bu istiqamətdə aparılan araşdırmalar zamanı əlavə saxlanılanların olacağı gözlənilir. Hazırda araşdırmalar davam etdilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB