Cəbhə kəndləri çəyirtkə hücumuna məruz qalıb

Cəbhə kəndləri çəyirtkə hücumuna məruz qalıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Ağdamda əkin sahələrini çəyirtgə sürüləri viran qoyur. Vəziyyətdən çıxış yolu tapa bilməyən kəndlilər həyacan təbili çalır. Ağdamın cəbhə kəndlərinə işğal altındakı ərazilərdən çəyirtgələr hücum edib. Qoşunların təmas xəttinə yaxın yerləşən ərazilərdə çoxluq təşkil edən çəyirtkələr əkin sahələrinə daraşıblar. Rayonun Çəmənli kəndində çəyirtgə sürüləri kəndlilər əzab-əziyətlə əkib becərdiyi təsərrüfatı məhv edir. Mərakeş çəyirtgəsi adlanan bu ziyanvericilər bir neçə gündür ki, cəbhə kəndlərində toplanıblar.

Günü-gündən daha da artan çəyirtgələr ən çox işğal altında olan ərazilərdən cəbhə kəndlərinə üz tutur. Kənd sakinlərinin sözlərinə görə, ermənilərin törətdiyi yanğınlar zamanı bitki örtüyü məhv olduğundan ərazidə qida tapmayan ziyanvericilər təmas xəttinin qarşı tərəfində olan yaşıllıq sahələrinə üz tutur.

Kəndlinin gözü önündə becərdiyi məhsul məhv olsa da çıxılmaz vəziyyətdə qalıb. Aidiyyəti qurumlar vaxtında mübarizə tədbirləri aparmasa da 100 hektarlara soğan, taxıl və yonca sahələri tamamı ilə məhv olacaq. Mütəxəsislərin sözlərinə görə, sürətlə çoxalan bu zərərvericilər yaşıl bitki növləri ilə yanaşı, peyin və digər müxtəlif tullantılarla qidalana bilirlər. Səhər tezdən oyanan zərərvericilər günəş şüalarına doğru hərəkət edirlər. Onlar orta hesabla günün birinci yarısında 3 km uzunluğunda yaşıllıq örtüyünü məhv edə bilirlər.Adıçəkilən çəyirtkələr günün ikinci yarısında sabaha hazırlıq məqsədilə 1 km geri qayıdırlar. Onların artım dövrlərinin ən aktiv vaxtı iyun-iyul aylarıdır. Belə ki, bir çəyirtkə cütlüyü iki ay ərzində onlarla çəyirtkə ailəsinin yaranmasına səbəb ola bilir.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...