Millət vəkillərimiz NATO PA-nın yaz sessiyasına qatılacaq

Millət vəkillərimiz NATO PA-nın yaz sessiyasına qatılacaq
Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Siyavuş Novruzov, Tahir Süleymanov və Qüdrət Həsənquliyevdən ibarət deputat qrupu qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 24-də Estoniyanın paytaxtı Tallin şəhərinə yola düşəcəklər.

Parlamentdən SİA-ya verilən məlumata görə, sessiya zamanı qurumun komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələlərinə diqqət yetiriləcək. Çikaqo sammitindən sonra NATO-da siyasi aspektlər, müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq. MM-ın üzvləri komitə iclaslarında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər mayın 29-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə