“İRƏLİ” “Earth Day Network” adından təşəkkürnamə ilə təltif olunub

“İRƏLİ” “Earth Day Network” adından təşəkkürnamə ilə təltif olunub

"İRƏLİ" İctimai Birliyi dünyanın ən böyük ekoloji kampaniyası olan "Earth Day"-ə verdiyi töhfəyə görə "Earth Day Network" adından təşəkkürnamə ilə təltif olunub. İctimai Birlikdən SİA-ya verilən xəbərə görə, "Earth Day Network"un prezidenti Ketlin Rocers qeyd edib ki, təşkilatın dünyanın ən geniş miqyaslı ekoloji kampaniyasının "Yer Kürəsi Günü" və hər gün

planetə və bütün insanlığa göstərdiyi xidməti yüksək qiymətləndirilir.


"İRƏLİ" İctimai Birliyi "Earth Day" kampaniyası çərçivəsində bir neçə yaşıllaşdırma

aksiyalar, təqdimatlar həyata keçirib, müxtəlif ekoloji tədbirlərdə iştirak edib. "Yer Kürəsi Günü" (Earth Day) hal-hazırda dünyanın ən böyük ekoloji kampaniyalarından biri olmaqla, 150-dən artıq ölkədə, o cümlədən respublikamızda qeyd olunur. "İRƏLİ" İctimai Birliyi adı çəkilən kampaniyanın dünya üzrə koordinə edən şəbəkə - "Earth Day Network"un Azərbaycan üzrə ilk və rəsmi tərəfdaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə