Sahibkarlar bu dəfə Şəmkirdə bir araya gəlib - FOTO

Sahibkarlar bu dəfə Şəmkirdə bir araya gəlib - FOTO

Şəmkirdə sahibkarlar bir araya toplaşıb. Rayon Mədəniyyət evində İqtisadi İnkişaf Nazirliyinin xətti ilə "Aqrar-sənaye komplekisinin rəqabət qabiliyyətinin artırılması naliyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov, həmçinin Gəncə-Qazax iqtisadi rayonu üzrə fəaliyyət göstərən iş adamları iştirak edib. Tədbir iştrakçıları bildirib ki, dövlət tərəfindən aparılan məqsədyönlü və düşünülən iqtisadi siyasət nəticəsində regionlarda investisiya potensialı ildən-ilə artıb. Sahibkarlığın inkişafına ayrılan diqqət və qayğının bariz nümunəsi olaraq bölgələrdə infrastruktur, istehsal və emal müəssisələri yaradılıb. Elə təşkil edilən konfrans da qarşıya qoyulan tapşırıqların hansı istiqamətdə həyata keçirilməsini nəzərədən keçirmək məqsədi daşıyır.

Konfransda əsasən Gəncə-Qazax iqtisadi rayonunda xüsusən Şəmkirdə aqrar sahənini daha da inkişaf etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Qarşıya qoyulan məqsədlər sırasında istehsal olunan məhsulların dünya bazarına çıxarılması diqqət mərkəzində saxlanılır. Nazir müavini Niyazi Səfərovun sözlərinə görə, bölgələrdə rəqabət qabiliyyətinin artırılmasına ehtiyac var. Bu məqsədlə aqrar sferada müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi ilə yeni müəssisələrin yaradılması gündəmdədir.


Qeyd edək ki, tədbirin sonunda həmçinin sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə