CASPIAN BRAND AWARD beynəlxalq mükafatı təsis edilib

Bakıda (21 may) Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) İdarə heyəti ilə Caspian Energy International Media Group-un Direktorlar Şurasının birgə toplantısı keçirildi.


İclasın nəticəsinə görə 2013-cü ildə keçiriləcək BRAND AWARD AZERBAIJAN milli mükafatının 5-ci yubiley mərasimi çərçivəsində birinci CASPIAN BRAND AWARD beynəlxalq mükafatının təqdim olunması haqqında qərar qəbul edilmişdi. İclasda BRAND AWARD AZERBAIJAN milli mükafatının iştirak qaydalarında dəyişikliklər edilmiş və CASPIAN BRAND AWARD beynəlxalq mükafatında iştirak qaydaları təsdiq edilmişdir.

Yeni qaydalara əsasən BRAND AWARD AZERBAIJAN mükafatında yalnız Azərbaycan Respublikasının ərazisində istehsal edilmiş mal və xidmət brerndləri iştirak edə bilərlər.

Əvvəlki illərdə BRAND AWARD AZERBAIJAN milli mükafatında qalib gəlmiş Azərbaycan brendləri, birinci CASPIAN BRAND AWARD beynəlxalq mükafatında Xəzər-Qara dəniz regionu ölkələrində istehsal edilmiş beynəlxalq mal və xidmət brendləri ilə bir səviyyədə iştirak etmək imkanı alır.

5-ci "BRAND AWARD AZERBAIJAN - 2012" milli mükafatının və 1-ci "CASPIAN BRAND AWARD – 2012" beynəlxalq mükafatının təntənəli təqdim etmə mərasimləri 2013-cü ilin yazında keçiriləcək.


Əlavə məlumat üçün müraciət edin:

Telefon: (994 12) 447 02 36/38, 447 21 86/87

Faks: (994 12) 447 22 71

E-mail: [email protected]

URL: www.caspenergy.com; www.ceibcgroup.com


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...