Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Adana və Qaziantep vilayətlərinə səfər edib
Türkiyə-Azərbaycan Biznes Şurasının dəstəyi ilə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bu ölkənin Adana və Qaziantep vilayətlərinə işgüzar səfəri olub.
Səfirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Faiq Bağırov, Qaziantep valisi Erdal Ata, Qaziantep Bələdiyyə Başçısının vəkili Ünsal Göksen və Qaziantep Sənaye Palatasının sədri Adil Konukoğlu ilə görüşlər keçirib, Qaziantep Ticarət Palatasında çox sayda iş adamının qatıldığı geniştərkibli toplantıda iştirak edərək ölkəmiz haqqında geniş məlumatlar verib.
Səfir Qaziantepdə Heydər Əliyevin adını daşıyan orta məktəbi də ziyarət edərək sözügedən məktəbin müəllim və tələbə kollektivi ilə görüşüb və məktəbə ölkəmizlə bağlı çox sayda kitab hədiyyə edib.
Regiona səfərinin ikinci günündə səfir Adanada olub. Orada səfir Adana valisi Hüseyin Avni Coş və Adana Bələdiyyə Başçı vəkili Zihni Aldırmaz ilə görüşüb. Səmimi şəraitdə keçən görüşlər zamanı iki ölkə əlaqələrinin yüksək səviyyəsindən və bölgələrimiz arasında əlaqələrin inkişafının əhəmiyyəti haqda müzakirələr aparılıb.
Daha sonra səfir Adana Ticarət Palatasında çox sayda iş adamlarının iştirak etdiyi toplantıya qatılıb, Azərbaycanın sürətli iqtisadi inkişafı və ölkəmizdə mövcud olan sərfəli investisiya mühitindən geniş şəkildə bəhs edib.
Ardından Adana şəhərində yerləşən Çukurova Universitetinin Rektoru və idarə heyəti ilə sözügedən universitetdə geniş tərkibli görüş keçirilib.
Sonra Azərbaycanın diplomatik missiyasının rəhbəri Adana Sənaye Palatasının vitze-prezidenti Süleyman Gerdan ilə görüşüb. Görüş zamanı səfir ölkəmizdəki investisiya mühiti və sürətli inkişafdan danışıb.
Adana vilayətinin Ceyhan rayonunda səfir Ceyhan Bələdiyyə Başçısı Hüseyin Sözlü ilə görüşüb, ardından Heydər Əliyev adına dəniz terminalına baş çəkib. Dəniz terminalındakı səlahiyyətli şəxslərdən məlumat alan səfir, daha sonra Heydər Əliyevin adını daşıyan Ceyhandakı texniki peşə məktəbində olub. Qeyd olunan məktəbin konfrans zalında təşkil olunmuş toplantıda səfirin çıxışının ardından Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Texniki peşə məktəbinə ölkəmizlə bağlı çox sayda kitab və DVD hədiyyə edilib.
Həmin gün Türkiyənin avtomobil sənayesi sahəsində nəhəng şirkətlərdən biri olan Tem SA şirkətində olan səfir müəssisə rəhbərliyini ölkəmizin sərfəli investisiya mühiti haqqında məlumatlandırıb, şirkəti Azərbaycana investisiya qoymağa dəvət edib.
Daha sonra səfir Adanada TÜRKSOY-un təşkilatçılığı və səfirliyimizin dəstəyi ilə qoyulmuş Mirzə Fətəli Axundzadənin "Misyö Jordan və dərviş Məstəli şah" tamaşasının premyerasında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB