Milli Məclisin deputatları Gülər Əhmədova və Sədaqət Vəliyeva Azərbaycan-Şimali Kipr Gənclər Forumunda iştirak etmək üçün mayın 23-də Şimali Kipr Türk Cümhuriyyətinin Ərcan şəhərinə səfər edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, 28 may-Respublika gününə həsr olunan forum millət vəkili Gülər Əhmədovanın təşəbbüsü, buradakı Doğu Akdeniz Universitetinin Azərbaycan Cəmiyyətinin və "Miras" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.
"Dünyada mənim Vətənim" layihəsi çərçivəsində baş tutacaq tədbirdə hər iki ölkənin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və s. sahələrdə keçdiyi inkişaf yolu, gənclərin bu istiqamətlərdə əldə etdiyi nailiyyətlər barədə fikir mübadiləsi aparılacaq. Yığıncaqda millət vəkilləri ölkədə gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şərait, onların cəmiyyət həyatında fəal iştirakı haqqında söhbət açacaqlar. Səfər mayın 25-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB