“Kurtlar Vadisi Pusu”nun 160-cı seriyasında nələr yaşanacaq? - VİDEO

Reytinq rekoprdçusu "Kurtlar Vadisi Pusu" serialının yeni – 160-cı seriyasının kadrları yayılıb. Qeyd edək ki, mövsum sonu yaxınlaşdıqca filmdə həyəcan da pik həddinə yüksəlir. Xatırladaq ki, son nümayiş olunan seriyanın finalında Karanın gəlininin doğum sancıları başlamış, Polad Alemdar isə onu girov götürən terrorçunu vurmuşdu.


Memati Selviyə hansı sürprizi hazırlayıb? Mete bey Polad Alemdarla niyə görüşmək istəyir? Mete bey kimin öldürülməsi üçün adamlarına əmr verir? Terrorçuların əlində girov olan Kara kimlərlə üzləşdirilir? Pusat Çakır saxta polis geyimi ilə ələ keçirdiyi Şeref Zazaoğluna nə edəcək? Polad Alemdar Karanın qaçırılması barədə məlumatı hardan əldə edəcək? Polad Alemdar və adamlarının həyata keçirdiyi silahlı əməliyyatın nəticəsi necə olacaq? Polad Alemdarın başını nişan almış silahdan atəş açılacaqmı?


Bu və s. bu kimi sualların cavabını "Kurtlar Vadisi Pusu" pərəstişkarları filmin mayın 24-də nümayiş olunacaq seriyasında cavab tapacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə