Macarıstan jurnalisti: "Vətənimə qayıdanda hamıya deyəcəyəm ki, heç olmasa həyatınızda bircə dəfə Bakını ziyarət edin"

Mən vətənimə qayıdanda hamıya deyəcəyəm ki, heç olmasa həyatınızda bircə dəfə Bakını ziyarət edin. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. SİA-nın verdiyi məlumata görə, bu sözləri AzərTAc-a müsahibəsində "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün ölkəmizə gəlmiş Macarıstan jurnalisti Viktor Brugo deyib. Artıq bir neçə gündür Bakıda olduğunu bildirən Viktor Brugo şəhərimizin, İçərişəhərin, Qız qalasının çox gözəl olduğunu vurğulayıb, həmçinin metronun bütün tələblərə cavab verdiyini diqqətə çatdırıb. Jurnalist deyib ki, Azərbaycan xalqı çox mehriban və qayğıkeşdir.

Viktor Brugo Mətbuat Mərkəzinin fantastik dərəcədə gözəl olduğunu bildirib. Burada çoxlu texniki avadanlıq, kompyuter var, hər şey moderndir. Jurnalistlərin işləməsi üçün çox yaxşı şərait yaradılıb, internet sürətlidir.

"Eurovision-2012" mahnı müsabiqəsi iştirakçılarının ifalarını yüksək qiymətləndirən Viktor Brugo hamıya uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə