Sabah paytaxtda 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 26-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq. Mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə