Ermənilərin Azərbaycan müsiqilərini oğurladıqları, sonra mənimsədikləri, daha sonra isə həyasızcasına öz musiqiləri kimi dünya musiqi arenalarında təqdim etməsi faktı yeni deyil. Bu barədə bəstəkarlarımız, musiqi mütəxəssislərimiz erməni oğurluğunu ən yüksək səviyyədə sübuta yetirsələr də erməni həyasızlığı öz əməlindən qalmır.
Qədim xalq mahnımız olan "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edən "hay"lar yüzlərlə sübut qarşısında yenə bu mahnının guya erməni aşığı (?!) Sayat Novaya həsr edildiyini deyirsə bizə yalnız bu millətin xəstə olduğunu demək qalır.
Sayat Nova demişkən, Ermənistanın paytaxtında bu aşığın döğum günü qeyd edilib. Bir hadisə olmasaydı, bəlkə də bunu normal qəbul etmək olardı. Beləliklə, ermənilər bu dəfə sözləri Əhməd Cavada, musiqisi dahi bəstəkarımız Üzeyir Haçıbəyliyə məxsus olan "Çırpınırdı Qara dəniz" mahnısını erməni aşığı Sayat Novanın əsəri kimi "Kamança" adıyla təqdim edilməkdədir.
Qeyd edək ki, "Çırpınırdı Qara dəniz" Azərbaycanda və Türkiyədə çox populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnıdır. Mahnı Azərbaycanın dahi şahiri Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra -1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranıb. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz-İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.
"Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan "Dalğa"da da dərc olunub. Mahnı Azərbaycanda iki ifaçının ifasında daha populyardır. Bunlar Azərin xanım və Şəmistan Əlizamanlıdır.
Çırpınırdı Qara deniz
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim,heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki,çarpar sinən!..
Vəfalıdır gəldi,gedən,
Yol vər Türkün bayrağına!
İncilər tök,gəl yoluna,
Sırmalar səp sağ,soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
"Həmidiyyə" o Türk qanı!
Həç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer,salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
Hətta ermənilər həmin plagiat mahnının Daşnaksütyun Partiyasının himni olmasını da iddia edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB