Azərbaycan Federasiyası- İsveç (AFİ) İranın Azərbaycana qarşı göstərdiyi qərəzli siyasətlə bağlı bəyanat yayıb. AFİ-dən SİA-ya verilən xəbərə görə, bəyanatda deyilir: "Son vaxtlar İranda Azərbaycan əleyhinə kütləvi informasiya vasitələri və müxtəlif aksiyalarda Azərbaycan əleyhinə səsləndirilən ittihamlar, müstəqil dövlətimizin daxili işlərinə müdaxilə xarakteri daşıyan bəyanatlar bizi, Avropada yaşayan Azərbaycanlıları, dərindən narahat etməkdədir. Biz çox dərin təəssüf hissi ilə qeyd edirik ki, qonşu ölkənin bəzi dairələri din pərdəsi altında davamlıanti- Azərbaycan təbliğat kampaniyası aparır. Bu Azərbaycanın suverenliyinə və milli dövlətçiliyinə açıq-aşkar təhdiddir.
Biz, eyni zamanda, özünü İslam təəssübkeşi kimi təqdim etməyə çalışan bir dövlətin öz ərazisində yaşayan 35 milyondan çox Azərbaycanlının hüquqlarını kobud şəkildə tapdalamasından duyduğumuz narahatlığı ifadə etmək istəyirik. Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız Ana dilində təhsil almaq, öz milli adət-ənənələrini yaşatmaq, mədəniyyətini təbliğ etmək hüququndan məhrum edilib. Azərbaycanlılar məqsədyönlü şəkildə ictimai-siyasi həyatdan təcrid olunur, onların milli kimliyinin unutdurulması istiqamətində dövlət səviyyəsində sistemli tədbirlər həyata keçirilir. İran, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT Bəyannaməsinin müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan xalqının hüquqlarını məhdudlaşdırır, bütöv bir millətin heysiyyatına toxunan, onun şərəf və ləyaqətini alçaltmağa yönəlmiş iyrənc təbliğat kampaniyaları təşkil edir.Təhqirlərdən cana doymuş xalqımız 2006-cı il 22 may tarixində ayağa qalxdı və azadlığını teleb etdi. Xalq İran rejiminden qurtulmaq və muqedderatını özü həll etmek istediyini bildirdi. Təbriz küçələrində ardı-arası kəsilməyən minlərcə soydaşımızın protest nümayişlərinə və üsyanına Zəncan, Ərdəbil ve Güney Azərbaycanın digər şəhərləri qoşuldu. Lakin hər zaman olduğu kimi, bu Milli Hərəkat da İran rejimi tərəfindən kütləvi ölüm və zindan cəzası, amansız işgəncələr, sonsuz basqı və ara-kəsmələr və sairə tədbirləri ilə dayandırıldı. Biz 2006-cı il may üsyanlarında, xalqımızın azadlığı uğrunda Milli Hərakatda həyatını fədakarcasına itirən, şəhid olan yüzlərlə bacı və qardaşlarımıza, şərəfli soydaşlarımıza Allahdan rəhmət diləyirik, qanınız yerdə qalmayacaq deyirik.
Biz eyni zamanda xüsusi olaraq vurğulamağı vacib bilirik ki, İranın bütün müsəlman dünyasının gözündə özü haqqında "İslam təəssübkeşi" obrazı yaratmaq istəyi 30 mindən çox müsəlmanı qətlə yetirən, bir milyon müsəlmanı öz yurd-yuvasından didərgin salan Ermənistanla strateji tərəfdaşlıq münasibətləri qurması fonunda olduqca qeyri-səmimi təsir bağışlayır. Ermənistan və Azərbaycan dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə münasibətdə İranın rəsmi dairələrinin tutduğu mövqe bu ölkənin əslində İslami dəyərlərə sayğısızlığının bariz nümunəsidir. Ən azı o baxımdan ki, bu münaqişə yüzlərlə günahsız müsəlmanın qətlinə səbəb olan Xocalı soyqırımı kimi dəhşətli bir bəşəri cinayətilə tarixə düşüb. Biz bir daha İranın bəzi siyasi və dini dairələrinin Azərbaycan əleyhinə apardığı çirkin təbliğatı qətiyyətlə pisləyir, bu cür kampaniyalara dəstək verənləri qınayır və onlara kəskin etirazımızı bildiririk. Biz əminik ki, bu kampaniyalar Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni sahələrdə qazandığı nailiyyətlərə qısqanc münasibətin və bu uğurlardan doğan narahatlığın təzahürüdür. Ümid edirik ki, rəhbərlərinin yanlış siyasəti nəticəsində dünyadan təcrid olunmuş İranın sadə vətəndaşları bu cür çirkin üsullara son qoyulması üçün öz etiraz səsini ucaldacaqdır. Biz bu cür kampaniyaların təşkilatçıları və havadarlarına ölkəni uçuruma aparan bu cür yanlış siyasi taktiklərdən uzaq qaçmağa, Azərbaycanla münasibətlərin normallaşdırılması üçün zəruri addımlar atmağa çağırırıq.
Biz bir daha istəklərimizi bəyan etmək istəyirik:
1. İran dövləti Azərbaycan türklərinə basqı göstərməkdən əl çəkməlidir və Güney Azərbaycanda xalqın istək və tələblərini həyata keçirmək üçün əngəl olmamalıdır.
2. Güney Azərbaycan xalqı öz ana dili olan turk dilində məktəblərə getməlidir, radio, televiziya və mətbuatı turk dilində kullanmalıdır, bütün iş yerləri, xəstəxanalar, idarələr və digər infrastrukturlar turk dilində idarə olunmalıdır.
3. Azərbaycanın azadlığı uğrunda və milli, mədəni və mənəvı dəyərlərimizi tələb etdiyi üçün tutulan siyasi məhbuslarımız bir an öncə azad buraxılmalıdır.
4. İran dövləti Quzey Azərbaycan olan, Azərbaycan Respublikasının eleyhinə apardığı siyasətinə son qoymalı, mənfı ünsürlərlə təsir göstərməyə çalışmaqdan əl çəkməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB