“Siyasi Akademiya” iştirakçıları millət vəkili Aydın Mirzəzadə ilə görüşüb

"İRƏLİ" İctimai Birliyinin "Siyasi Akademiya" layihəsi çərçivəsində 19 May 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzində (SAM) "1990-1992-ci illər Heydər Əliyev fəaliyyəti" mövzusunda görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Siyasi elmlər namizədi Aydın Mirzəzadə olub. Görüşdə "Siyasi Akademiya" layihəsinin iştirakçıları, müxtəlif universitetlərdə təhsil alan gənclər iştirak edib.

Millət vəkili Aydın Mirzəzadə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışıb. Eyni zamanda həmin dövrdə Azərbaycanda baş verən proseslərdən bəhs edib. Daha sonra tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar millət vəkili tərəfindən cavablandırılıb. Sonda millət vəkili görüşün onun üçün maraqlı keçdiyini və auditoriyanın gözlədiyindən də aktiv olduğunu qeyd edərək bildirib ki, bu günkü gəncliklə Azərbaycanın gələcəyi əmin və möhkəm əllərdədir.

Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri beynəlxalq və yerli siyasi təcrübə, Azərbaycanın yerli və regional siyasəti ilə yaxından tanış etmək, maarifləndirmək, onların siyasi aktivliyinin artırılmasına nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...