Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 65-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-140, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 20-25 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 417 m3/san olmaqla, ongünlük normanın 60 faizini təşkil edir (2011-ci ildə 705 m3/san olmaqla 101 faizini təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 280 m3/san olmaqla, ongünlük normanın 141 faizini təşkil edir (2011-ci ildə 218 m3/san olmaqla 110 faizini təşkil edirdi). Hazırda Surra məntəqəsində suyun səviyyəsi 403 sm (2011-ci il mayın 21-də 704 sm), Şirvanda 277 sm (2011-ci il mayın 21-də 612 sm ), Salyanda 228 sm (2011-ci il mayın 21-də 536 sm), Bankədə 232 sm (2011-ci il mayın 21-də 373 sm), Araz çayının Novruzlu məntəqəsində isə 116 sm (2011-ci il mayın 21-də 438 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB