Sevinc Fətəliyeva AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva mayın 21-dən 23-dək Fransada səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputat AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Parisdə keçiriləcək iclasında iştirak edəcək.

Tədbirdə uşaqlara qarşı zorakılıqla mübarizə, dünyada baş verən maliyyə böhranının nəticələri, sağlamlığın təminatı üçün bərabər imkanların yaradılması, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...