İranın Azərbaycana qarşı yönələn qərəzli ittihamlarına qarşı Danimarkada mitinq keçirilib-FOTO
İranın Azərbaycana qarşı yönələn qərəzli ittihamlarına qarşı Danimarkanın Kopenhagen şəhərindəki İran Səfirliyi qarşısında mitinq keçirilib. SİA-nın xəbərinə görə, mitinqin əsas məqsədi İran hökumətinin Azərbaycan əleyhinə qarşı apardığı çirkin təbliğatları qətiyyətlə pisləmək, dövlətimizin daxili işlərinə müdaxilə xarakteri daşıyan bəyanatlara son qoyulması tələbi oub.Mitinqə Danimarkda yaşayan Quzey və Guney azərbaycanlıları və İsveçin Malmö şəhərində yaşayan həmyerlilər qatılıb. Mitinqi giriş sözü ilə Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi açıb. O, öz çıxışında İranın Azərbaycana qarşı qərəzini pisləyərək, Azərbaycana qonşu olan bu ölkənin bəzi dairələrinin din pərdəsi altında Azərbaycana qarşı davamlı anti-təbliğat kampaniyasını apardığını söyləyib. Natiq çıxışında belə xarakterli davranmalar ölkəmizin suverenliyinə və milli dövletçiliyimizə açıq aydın təhdid olduğunu vurğulayıb.
Səfər Sadiqi 300 milyona yaxın türk xalqlarına qarşı yönəldilən bu təhdidlər, Turançılığa bir başa təhqir sayıldığını qeyd edib. Çıxış edənlər arasında Azərbaycan Federasiyası İsveçin (AFİ) sədri Səttar Sevgin, federasiyanın üzvü Əkbər Tağızadə, DAK-in sabiq sədri və üzvü Cavad Dirəxti, İsveçin Malmö şəhərində fəaliyyət göstərən Xəzər dərnəyinin sədri Leila Kiani və başqaları Azərbaycan dövləti və onun rəhbərliyinə qarşı aparılan kampaniyanın qərəzli məqsəd daşıdığını qeyd ediblər.
Mitinqdə türkiyəli nümayəndələr də iştirak edərək Azərbaycanla Türkiyənin ayrılmaz və qardaş ölkə olduğunu, Türkiyənin bütün məsələlərdə Azərbaycanı dəstəkləyəcəyini söyləyibler. Bakıdan Dünya Azərbaycanlılar Konqresinin sədri Sabir Rustemxanli da telefonla zəng edərək mitinqdə iştirak edən soydaşları dəstəkləyib, DAK və Milli Məclis adından hər iki tərəf azərbaycanlılara öz xeyir- dualarini söyləyib.
Mitinqdə Danimarkada yaşayan gənclər də öz sözlərini deyiblər. Onlar qeyd ediblər ki, Avropada yaşayan Azərbaycan gəncləri hər zaman ölkəsinin müdafiəsinə hazırdır. Mitinq zamanı "haray, haray Azərbaycan" , "rus, fars, erməni bunlar türkün düşməni", "Bakı, Təbriz, Ankara, Biz hara, farslar hara?" şüarları səslənib. Daha sonra Ermənistanin keçmiş prezidenti Köçəryan, indiki prezidenti Serj Sarkisyan və İran prezidenti Mahmud Əhmedinejatın şəkillərindən hazırlanan tablonun üzərindən yağlı qara boya ilə çarpazı xətt çəkilib.
Mitinqin sonunda bəyanat oxunub. Bəyanatda İranın Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməsi Avropada yaşayan azərbaycanlıları dərindən narahat etdiyi deyilir. Bəyanatda İranin bəzi siyasi və dini dairələrinin Azərbaycan əleyhinə apardığı çirkin təbliğat qətiyyətlə pislənib, bu cür kampaniyalara dəstək olanları qınayaraq, onlara qəti etiraz bildirilib. Mitinqin sonunda bəyanatın ingilis dilində yazılan nüsxəsi Danimarkdakı İran Səfirliyinə təqdim edilib.
Qeyd edək ki, bununla bağlı növbəti mitinq İsveçin paytaxtı Stokholm şəhərində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB